PDF Oxu

Siyasət

  • 51

“SAM-ın icmalı” jurnalının 12-ci sayı nəşr edilmişdir

“SAM-ın icmalı” jurnalının 12-ci sayı nəşr edilmişdir

"SAM-ın icmalı" jurnalının "Azərbaycanda enerji səmərəliliyi dövlət sektoruna aid binalarda səmərəli enerji satınalmalarına dair yol xəritəsi" adlı 12-ci sayı dərc edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən AzərTAc-a bildirilmişdir ki, jurnalın bu sayında tədqiqatın müəllifləri SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva və ATƏT-in Bakı Ofisinin beynəlxalq eksperti Stanislav Kolardır.

Araşdırmada dövlət satınalmalarında xüsusilə yeni binaların tikintisinə diqqət yetirilir və enerji səmərəliliyi üzrə siyasi təlimatlara dair "yol xəritəsi" təqdim olunur. Bu "yol xəritəsi" maraqlı tərəflər üçün əsas vəzifələri əks etdirir.

SAM-ın yeni nəşrinin məqsədi bu sahədə beynəlxalq standartlara uyğun müxtəlif enerji səmərəliliyi siyasətinə inteqrasiyanın təkmilləşdirilməsinə dair metodologiyanı təqdim etməkdir.

AzərTAc

Digər xəbərlər