2007-2013-cü illərdə Müdafiə Sənayesi Nazirliyində 47-dən artıq yeni istehsal sahəsi yaradılıb. Bu barədə nazir Yavər Camalov bildirib.
Y.Camalov qeyd edib ki, nazirliyin qarşısında qoyulmuş əsas məqsədlərdən biri tabelikdə olan müəssisələri müasir texnologiyalarla, avadanlıqlarla təmin etmək olub. Nazir deyib ki, 2013-cü ilin yekunlarına görə, istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi dəfələrlə artıb.
"Cari ildə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2010-cu illə müqayisədə 3 dəfədən çox olub. Nazirliyin müəssisələrində 750-dən artıq müdafiə təyinatlı məhsul istehsal olunub. 70 mövzu üzrə elmi-tədqiqat və konstruktor işləri yerinə yetirilib"- deyə, Y.Camalov vurğulayıb.
sia.az