PDF Oxu

Siyasət

  • 52

bp şirkətinin baş icraçı direktoru Robert Dadli: “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır

bp şirkətinin baş icraçı direktoru Robert Dadli: “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır

Azərbaycanın Xəzər sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsi Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Azərbaycan qazının Avropaya çıxışını təmin etməyə hesablanmış investisiya qərarının qəbul edilməsi, eyni zamanda, qaz nəqli üçün tikiləcək infrastrukturun keçəcəyi ölkələr üçün də əhəmiyyətlidir.

Bu sözləri Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli Bakıda keçirdiyi mətbuat konfransında demişdir.

R.Dadli bildirmişdir ki, mən bu günü Azərbaycan üçün vacib və tarixi hadisə hesab edirəm. Bu, boru kəmərinin keçəcəyi ölkələr və investisiya yatıracaq şirkətlər üçün də vacibdir. Bu, qeyri-adi, mürəkkəb və nəhəng layihədir. Biz bu əməliyyatları reallaşdıracağımıza görə fəxr edirik və Azərbaycan qazının Avropaya tədarükünü təmin etmək bizim üçün, eyni zamanda, çox böyük məsuliyyətdir.

Onun sözlərinə görə, bp "Şahdəniz" yatağında kəşfiyyat və seysmik işləri davam etdirəcəkdir. Bu proses müasir texnologiyaların tətbiqini tələb edir. bp-nin baş icraçı direktoru vurğulamışdır ki, yataqda uzun illər üçün kifayət qədər böyük ehtiyatlar vardır.

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun işlənməsi məsələsinə toxunan Robert

yap.org.az

Digər xəbərlər