PDF Oxu

Siyasət

  • 62

YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb

YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə YAP Gənclər Birliyinin üzvləri ilə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində YAP Sədrinin müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə partiyanın gənc fəalları ilə görüş keçirib.

Görüşü açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, təşkilat mütamadi olaraq gənclərin ölkəmizin nüfuzlu ictimai-siyasi xadim və elm xadimləri ilə görüşlərini təşkil edir. Onun sözlərinə görə, bu görüşlərin keçirilməsində əsas məqsəd müxtəlif istiqamətlər üzrə ölkəmizin qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdan ibarətdir.

Görüşdə çıxış edən AMEA-nın prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə bildirib ki, ölkəmizin inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Onun fikrincə, Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib.

AMEA-nın prezidenti qeyd edib ki, bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Akif Əlizadə AMEA-da nəzərdə tutulan islahatlar, gənclərin elm sahəsinə cəlb olunması məsələləri haqda fikirlərini bildirib.

Daha sonra akademik Akif Əlizadə gənclərin suallarını cavablandırıb, onların fikirlərini dinləyib.

yap.org.az

Digər xəbərlər