"Onların attdıqları bu addımlar cinayət xarakterli addımlardır". Bu sözləri SİA-ya politoloq Elçin Mirzəbəyli bir sıra partiyaların QHT-lər vasitəsi ilə beynəlxalq təşkilatlardan maliyyə alaraq fəaliyyətlərinin şəffaf olduğunu iddia edib, vergilərdən yayınmaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bundan öncə də oxşar hadisələrlə Azərbaycan mətbuatında kifayət qədər faktlar və yazılar yer alıb: "Əsasən də bu xidmətlərdən yararlanan məhz radikal müxalifət qüvvələridir ki, mütəmadi olaraq ayrı-ayrı QHT-nin xətti ilə, donor vasitəsi ilə xarici himayədarlarından külli miqdarda maliyyə vəsaitləri alırlar və çox vaxt da onları istiqamətləri üzrə istifadə etmirlər".Anar Məmmədlinin həbsinə, eləcə də onun həbsi ətrafında siyasi divident qazanmağa cəhd edənlərin ittihamlarına da münasibət bildirən Elçin Mirzəbəyli qeyd edib ki, bu və ya digər qrant layihəsini ayrılan məqsədlər üzrə işlənməməsi iqtisadi cinayət sayılır: "Bununla bağlı həmin insanlara qarşı hüquqi addımlar atılmalıdır. Təbii ki, belə bəyanatlar verəcəklər. Çünki cinayət əməli törətdiklərini özləri də bilirlər. Bu baxımdan, onlara qarşı atılan hüquqi addımların müqabilində ortaya çıxan faktları "arqumentlərlə" pərdələməyə çalışacaqlar. Bu da çox təbii haldır".
sia.az