PDF Oxu

Siyasət

  • 80

Azay Quliyev: Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməlidir

Azay Quliyev: Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməlidir

"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməlidir. Dağlıq Qarabağ münaqişəsinin isə qəbul edilmiş beynəlxalq sənədlər əsasında həll olunması vacibdir". Bu fikri ATƏT PA-nın Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, münaqişənin həlli ilə bağlı ATƏT-in vasitəçilik missiyası hələ nəticə verməyib. Onun sözlərinə görə, bu uğursuzluğun əsas səbəbi Minsk qrupunun həmsədr ölkələridir.

A.Quliyev bu ilin iyul ayında ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında səsləndirdiyi təklifi bir daha xatırladaraq, Minsk Konfransının çağırılmasının və həmsədrlik institunun tərkibinə yenidən baxılmasının, o cümlədən Türkiyənin problemin həllinə yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb.

yap.org.az

Digər xəbərlər