"Biz müstəqil dövlət yaratmaq üçün mübarizə aparmışıq. Müstəqil dövlət yaratmaq bizim arzumuz olub. Bu arzuları reallığa Ulu öndər Heydər Əliyev çevirib". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycanın ideyası daim müasirləşməyə, modernləşməyə yönəlib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın milli dəyərlərinə dayanaraq müasir, modern Azərbaycan yaradır.
"Əsas hədəf isə Azərbaycan vətəndaşının hərtərəfli formalaşmasını təmin etməkdir"- deyə, vitse-spiker qeyd edib.
yap.org.az