"Düşünürəm ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsi ətrafında yaradılmağa çalışılan sünilik, ajiotaj sağlam məqsədlərə xidmət etmir". Bunu SİA-ya açıqlamasında "Demokratik Azərbaycan Naminə" İctimai Birliyinin sədri Elməddin Behbud söyləyib.E.Behbud, həmçinin qeyd edib ki, bəzi çirkin niyyətlilər öz məqsədinə çatmayacaq: "Bütün hallarda hansısa əcnəbi qurumların marağının ifadəsi olan çirkli siyasi məqsəd və maraqların Azərbaycanda ayaq tutub yeriyəcəyini gözləyənlər yanılırlar. Daha güclü və qətiyyətli bir Azərbaycan var bu qüvvələrin qarşısında. Bunu unutmamaları lazımdır".
sia.az