Moskvadakı "Baku" Kinokonsert Kompleksində Rusiya paytaxtının internat və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün Yeni il şousu təşkil edilib.SİA-nın Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən hazırlanan bayram tədbirində 500-dən çox uşaq iştirak edib. Şənliyin bütün iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından hədiyyələr təqdim olunub.Şouda S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları "Durnabalığının buyruğu ilə" musiqili tamaşasını təqdim ediblər.
sia.az