"Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi, müsbət dəyişikliklər Ulu Öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla, parlaq şəkildə davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının daha da yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır". Bu fikirləri SİA-ya açıqlamasında Millət vəkili Məlahət İbrahimqızı bildirib.Millət vəkili həmçinin tam əminliklə qeyd edib ki, prezident İlham Əliyevin hakimiyyət başında olduğu ötən 10 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşüb: "Bu müddət ərzində Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş verib, ölkəmiz dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Bir sözlə, Prezident İlham Əliyevin ötən 10 illik Prezidentliyi dövründə elə bir sahə yoxdur ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Həmçinin, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz fəaliyyətində Prezident İlham Əliyev bir daha sübut etdi ki, O, Ümummilli Lider Heydər Əliyev kursunu tam sədaqətlə davam etdirir".M.İbrahimqızı onu da bildirib ki, İlham Əliyevin siyasi fəaliyyəti nəinki yalnız ölkə daxlində, həmçinin beynəlxalq arenada da diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, Prezidentimiz dünya siyasətçiləri arasında tanınmış dövlət rəhbəridir.
sia.az