Cari ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manat təşkil etmişdir. Gəlirlərin əhalinin hər nəfərinə düşən məbləği isə 6,5 faiz çoxalaraq 3 min 471,7 manata çatmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 416,7 manat olmuşdur.
Tikinti kompleksində çalışanların əmək haqqı 614,9 manat təşkil etmişdir.
yap.org.az