"Azərbaycanlı gənclər könüllülük fəaliyyəti sahəsində böyük təcrübəyə malikdir". Bu fikri gənclər və idman naziri İntiqam Babayev deyib.
İ.Babayev bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarında da könüllülər yaxından iştirak edəcək. Onun sözlərinə görə, könüllü gənclər ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənəsi haqqında Azərbaycana gələn qonaqlara məlumat verəcəklər.
"Bununla da, həmin əcnəbi qonaqlarda Azərbaycan haqqında daha geniş təsəvvürlər formalaşacaq. Həmin gənclərə tövsiyə edirəm ki, öz peşəkarlıqlarını və səriştələrini daha da artırsınlar ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında yüksək səviyyədə xidmət göstərsinlər və nəticədə ölkəmizə gələn qonaqlar buranı yüksək təəssüratlarla və Azərbaycanın dostu kimi tərk etsinlər. İnanıram ki, könüllü gənclər digər tədbirlərdə olduğu kimi Avropa Olimpiya Oyunlarında da öz vəzifələrinin öhdəsindən lazımınca gələ biləcəklər"-deyə, nazir müavini vurğulayıb.
yap.org.az