PDF Oxu

Siyasət

  • 66

Asiya İnkişaf Bankı yaxın 3 ildə Azərbaycanda dövlət layihələrinə təqribən 500 milyon dollaradək vəsait ayıracaqdır

Asiya İnkişaf Bankı yaxın 3 ildə Azərbaycanda dövlət layihələrinə təqribən 500 milyon dollaradək vəsait ayıracaqdır

Asiya İnkişaf Bankı (AİB) yaxın 3 il ərzində Azərbaycanda dövlət layihələrinə təqribən 500 milyon dollaradək vəsait ayırmağı planlaşdırır.

Bu barədə danışan AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norojono 2014-2016-cı illərdə Azərbaycanda bankın əməliyyatları üzrə biznes-plan layihəsinin hökumətlə razılaşdırıldığını və baxılmaq üçün 2014-cü ilin yanvarında bankın Direktorlar Şurasına təqdim ediləcəyini bildirmişdir.

O.Norojono vurğulamışdır ki, bank 3 il ərzində 5 milyon dollar dəyərində texniki yardım ayıracaqdır. Gələn ilin yanvarında konkret layihələr üzrə məbləğlər təqdim olunacaqdır.

yap.org.az

Digər xəbərlər