Asiya İnkişaf Bankı (AİB) yaxın 3 il ərzində Azərbaycanda dövlət layihələrinə təqribən 500 milyon dollaradək vəsait ayırmağı planlaşdırır.
Bu barədə danışan AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Norojono 2014-2016-cı illərdə Azərbaycanda bankın əməliyyatları üzrə biznes-plan layihəsinin hökumətlə razılaşdırıldığını və baxılmaq üçün 2014-cü ilin yanvarında bankın Direktorlar Şurasına təqdim ediləcəyini bildirmişdir.
O.Norojono vurğulamışdır ki, bank 3 il ərzində 5 milyon dollar dəyərində texniki yardım ayıracaqdır. Gələn ilin yanvarında konkret layihələr üzrə məbləğlər təqdim olunacaqdır.
yap.org.az