"Hər bir siyasi təşkilatın, partiyanın dəyərini və qiymətini cəmiyyət, insanlar verir. Müxalifətin Azərbaycan cəmiyyətindəki yeri, dəyəri və səviyyəsi isə bu ilin oktyabr ayının 9-da ölkəmizdə keçirilən prezident seçkilərində müəyyənləşdi". Bunu SİA-ya Yeni Azərbycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib."Bu seçkilərdə ənənəvi müxalifət bütün gücünü, potensiallarını ortaya qoymuşdu. Eyni zamanda onların həm daxildə, həm də xaricdə olan havadarları da həmin seçkilərdə öz güclərini nümayişə çıxararaq, sonda "qiymətlərini" aldılar. Bir sözlə, müxalifət burada çox cüzi bir səs topladı ki, bu da onların məğlubiyyətinə zəmin yaratdı. Yəni bu artıq onların yeri və dəyəridir. Bildiyiniz kimi artıq həmin məğlubiyyətdən sonra "Milli Şura"da böyük istefalar getdi. İndiki halda isə həmin şura heç bir şeyə nail ola bilməz. Artıq müxalifət cəmiyyət tərəfindən qəbul olunmur və onların arxasınca gedən yoxdur. Sadəcə olaraq onlar bu və ya digər formada özlərini gündəmdə saxlamaq üçün hansısa bir məqam axtarırlar."Müsavat Partiyasının başqanı İsa Qəmbər Ukraynadakı hadisələrə qatılmamışdan öncə mətbuatda onun belə bir fikri səsləndi ki, "getməyəndə də, gedəndə də məni tənqid edirlər". Bu bir daha onu göstərirdi ki, İsaQəmbərin özünün müstəqil fikri olmayıb. O, sadəcə olaraq xarici havadarlarından mesaj almaq istəyirdi ki, bəs bundan sonra nə etməliyəm? Aldığı tapşırıq əsasında Ukraynadakı hadisələrə qatıldı və orada çıxış etdi. Biz İsa Qəmbərdən bundan artıq nə gözləyə bilərdik. Biz bilirdik ki, onun çıxışı Azərbaycan dövlətinin və milli maraqlarımızın əksinədir. Onun bütün fəaliyyəti yalnız Azərbaycan dövlətinin uğurlarına kölgə salmağa yönəlib"- deyə, A.Hüseynov sözlərinə əlavə edib.
sia.az