PDF Oxu

Siyasət

  • 68

Sədaqət Vəliyeva: Son 10 il ərzində həyata keçirilmiş sosial-iqtisadi reformalar nəticəsində Azərbaycanın sürətli inkişafı təmin edilib

Sədaqət Vəliyeva: Son 10 il ərzində həyata keçirilmiş sosial-iqtisadi reformalar nəticəsində Azərbaycanın sürətli inkişafı təmin edilib

"Bu gün paytaxtımızla yanaşı, Azərbaycanın digər bölgələrinin simasının dəyişməsi, sosial-iqtisadi təyinatlı obyektlərin sayının sürətlə artması, eyni zamanda, vətəndaşlarımızın maddi rifah halının yüksəlməsi bir daha ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisi olduğunu deyə bilərik". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.Onun sözlərinə görə, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin, çevik daxili və xarici siyasətinə görə, nəinki Cənubi Qafqazın, eləcə də, Avropanın bir çox dövlətlərindən irəlidədir, hətta, onlar üçün nümunədir: "Ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin, sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügüdən modelə müraciət edirlər".Millət vəkili həmçinin qeyd edib ki, təkcə son 10 il ərzində həyata keçirilmiş sosial-iqtisadi reformalar nəticəsində ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Xüsusi məqam kimi qeyd etməliyəm ki, bu gün Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75-80, ümumi maliyyə kütləsinin 90-95 faizini əlində cəmləşdirib. Məhz, bu səbəbdən də, təsadüfi deyil ki, dünyanın ən nüfuzlu beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq gördükləri ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 39-cu, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.Ölkəmizin stabil və dinamik inkişafı onun dünya ictimaiyyətinin diqqətinə müxtəlif beynəlxalq tədbirlərlə gəlməsinə də səbəb olub. Ümumdünya İqtisadi Forumunun, Beynəlxalq Humanitar Forumların Azərbaycanda keçirilməsi, həmçinin, şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının da ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin 10 ildə apardığı qətiyyətli siyasətinin göstəriciləridir".

sia.az

Digər xəbərlər