Dekabrın 20-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Belarus Respublikasının dövlət qurumlarının qadınlarından ibarət nümayəndə heyətinin iştirakı ilə "dəyirmi masa" keçirilmişdir.
Tədbir "Gender bərabərliyinin təminatı və qadınların inkişafı" mövzusuna həsr olunmuşdur.
"Dəyirmi masa"da Belarus Respublikasının dövlət idarəetməsində gender aspektlərindən, qadınların sosial statusunun artırılmasında Belarus Qadınlar İttifaqının rolundan, bu ölkənin qanunvericiliyində gender məsələlərinin necə əks olunmasından danışılmış, mövzu ilə bağlı müzakirələr aparılmışdır.
AzərTAc