"Azərbaycan təkcə dinamik inkişaf edən yox, həm də böyük akademik düşüncəsi olan cəmiyyətə sahibdir". Bu fikri Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, ölkəmizdə elmə ayrılan diqqət yüksək səviyyədədir. Onun sözlərinə görə, Azərbaycan dünyanın nəzərində problemlərin həllinə də töhfələr verməkdədir.
"Qlobal düşüncə ilə yaşayır, bəşəriyyətin gələcəyi haqqında düşünürük. Ölkəmizdə keçirilən müxtəlif beynəlxalq forumlarda qaldırılan məsələlər qlobal səviyyədə öz töhfəsini verəcək"- deyə, akademik vurğulayıb.
yap.org.az