PDF Oxu

Siyasət

  • 64

Rusiya Dumasının deputatı : “Mən iki ölkə arasındakı münaqişənin tezliklə həll olunmasını istəyirəm”

Rusiya Dumasının deputatı : “Mən iki ölkə arasındakı münaqişənin tezliklə həll olunmasını istəyirəm”

Rusiya Dumasının deputatı Yuliya Pskovskaya erməni nəşrlərinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında maraqlı olduğu kimi iddialarına münasibət bildirərkən deyib ki, bu heç kim üçün sirr deyil.Deputat SİA-ya eksklüziv açıqlamasında bildirib ki, bu cür kəskin məsələlərə toxunmaq çox çətindir: "Siyasətçilər hər zaman bu məsələyə aydınlıq gətirməkdən qaçacaqlar. Çünki bu məsələ iki tərəf arasında heç bir anlaşmaya gətirməyəcək. Deməli yenə də qarşıdurma və ziddiyyətlərlə qarşılaşacağıq".Deputat eyni zamanda qeyd edib ki, o, iki ölkə arasındakı münaqişənin tezliklə həll olunmasının tərəfdarıdır: "Mən iki ölkə arasındakı münaqişənin tezliklə həll olunmasını istəyirəm. Düşünürəm ki, hər iki ölkə düzgün qərar qəbul etməlidir və yenidən əvvəl olduğu kimi birgə yaşamağa cəhd göstərməlidirlər".

sia.az

Digər xəbərlər