"Ermənistanda aksiyalar səngimək bilmir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.Onun sözlərinə görə, Ermənistandakı etiraz aksiyaları rəsmi Yerevanın Gömrük İttifaqına üzv olmasından sonra müşayət olunmaqdadır: "Hətta, Ermənistan parlamentində Gömrük İttifaqına üzvlük məsələsi böyük qalmaqala səbəb olub. Praktiki olaraq, Ermənistanda siyasi böhran yaranıb. Düşünürəm ki, Ermənilərin iddia etdikləri Vardanes rayonundan işğal altında olan Ağdarə rayonuna uzunluğu 116 kilometr olan yolu ümumiyyətlə çəkməyəcəklər. Çünki Ermənistan hakimiyyəti mütəmadi olaraq oxşar layihələrlə çıxış edirlər. Bu isə Azərbaycanın qıcıqlandırılmasına yönəlmiş addımlardır. Çünki Ermənistanın hazırda paytaxt Yerevanın yollarını təmir etmək üçün maddi imkanı yoxdur".
sia.az