PDF Oxu

Siyasət

  • 61

Gövhər Baxşəliyeva: “Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq nüfuzu artıb”

Gövhər Baxşəliyeva: “Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq nüfuzu artıb”

"Cənab Prezidentin Azərbaycana rəhbərlik etdiyi 10 illik dövrü çox müsbət qiymətləndirirəm. Əgər qlobal miqyasda baxsaq görərik ki, məhz Cənab İlham Əliyevin sayəsində ölkəmiz bütün istiqamətlər üzrə böyük nailiyyətlər əldə edib. Siyasi, iqtisadi və sosial sahələrdə mühüm islahatlar həyata keçirib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Gövhər Baxşəliyeva bildirib.Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını deyən millət vəkili onu da qeyd edib ki, bu illər ərzində bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edərək Ermənistanı birmənalı şəkildə işğalçı elan ediblər: "Artıq bütün dünya Azərbaycanın ədalətli mövqeyinin şahididir. Dağlıq Qarabağ problem ətrafında baş tutan danışıqlar da Azərbaycana üstünlüklər qazandırıb. Bu günlərdə imzalanan "Şahdəniz-2" layihəsi Azərbaycanın gələcək inkişafını, onun dünya birliyinə inteqrasiyasını təmin edəcək. Azərbaycan həm qonşularla, həm də digər dövlətlərlə dostluğa, sıx əməkdaşlığa söykənən siyasət yürüdür. Həm regionda, həm dünyada baş verən olaylar kontekstindən baxanda görürük ki, Azərbaycanın daxili və xarici siyasəti olduqca uğurludur. Dünyada yaşanan maliyyə böhranı hər kəsin yadındadır. Bütün dünya bu böhrandan əziyyət çəkdi, amma biz bu böhranı hiss eləmədik".

sia.az

Digər xəbərlər