PDF Oxu

Siyasət

  • 44

Şahin Mustafayev: Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin 22 qəsəbəsinin yolları təmir olunmuş, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir

Şahin Mustafayev: Dövlət Proqramı çərçivəsində Bakı şəhərinin 22 qəsəbəsinin yolları təmir olunmuş, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir

Üç il ərzində Dövlət Proqramı çərçivəsində Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmışdır.

Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında demişdir.

Qeyd olunmuşdur ki, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda işlər davam etdirilir. Həmçinin 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi qəsəbələrarası 62 kilometr yol təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilmişdir.

yap.org.az

Digər xəbərlər