"Hazırda Prezidentimizin diqqət və qayğısı nəticəsində respublikamızın hər bir guşəsi inkişaf edir, çiçəklənir, quruculuq və abadlıq işləri davam etdirilr.Bu gün Azərbaycan paytaxtı dünyanın ən gözəl və ən inkişaf etmiş şəhərlərindən birinə çevrilib. Ötən il doğma Bakımız Avropanın ən nüfuzlu müsiqi yarışması olan "Evrovision" mahnı müsabiqəsinə ev sahibliyi etdi. 2015-ci ildə isə tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına , 2017-ci ildə isə İslam ölkələri Olimpiya Oyunlarına ev sahibliyi edəcək". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin ötən on ildə gördüyü misilsiz fəaliyyətin nəticəsidir. Onun sözlərinə görə, məhz bu fəaliyətin nəticəsidir ki, müstəqillik tarixi cəmi 20 il olan Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı – BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.
"Ötən on il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb, bu illər ərzində Azərbaycan özünün intibah dövrünü yaşayıb. Bu gün həmçinin, Azərbaycan Avropa ölkələrinə investisiya yatıran, eyni zamanda donor bir ölkəyə çevrilib. Bu gün Azərbaycan sərmayəsini Balkanlarda, eləcə də Avropanın digər inkişaf etmiş ölkələrində görmək mümükündür. Buna sözsüz ki, Prezidentimiz İlham Əliyevin misilsiz xidmətlləri sayəsində nail olunmuşdur. Odur ki, biz Ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olmalı, Onun ətrafında sıx birləşməliyik"-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.
yap.org.az