PDF Oxu

Siyasət

  • 53

Azərbaycanın Almaniyadakı səfirliyində diaspor fəalları ilə görüş keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyində diaspor fəalları ilə görüş keçirilib

Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə birgə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və icma fəalları ilə ənənəvi görüş keçirilib.Səfirlikdə SİA-ya verilən xəbərə görə, görüşün məqsədi Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və bu fəaliyyətin Səfirliklə əlaqələndirilməsi, Azərbaycan-Almaniya münasibətlərinin inkişafında Azərbaycan diasporunun rolu, diaspor təşkilatlarının həyata keçirdikləri layihələr, qarşıdan gələn il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlər və digər maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsinin aparılması olub.Səfir Pərviz Şahbazov görüşdə iştirak edən diaspor nümayəndələrini salamlayıb, onlara təşkil olunan ənənəvi görüşdə iştirakları ilə əlaqədar təşəkkürünü bildirib.Səfir Azərbaycan hökumətinin xaricdə yaşayan soydaşlarımızla əlaqələrə önəm verdiyini və müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində diaspora nümayəndələrimizin də üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patser-İsmayılova ilin sonu ilə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Daha sonra diaspor fəalları öz fəaliyyətləri və həyata keçirmək istədikləri yeni layihələr barəsində məlumat veriblər. Yeni yaranan diaspor təşkilatları özlərini təqdim edib və qısa müddət ərzində həyata keçirdikləri tədbirlər barəsində danışıblar. Maraq kəsb edən yeni layihələr müzakirələr edilib və onların həyata keçirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb.Tədbirin sonunda diaspor nümayəndələri Səfirlik tərəfindən axşam yeməyinə dəvət olunublar və onlara Heydər Əliyev Fondunun alman dilində nəşr etdirdiyi kitablar hədiyyə edilib.

sia.az

Digər xəbərlər