"Qarabağ xalqımızın tarixi torpağıdır. Bu məsələdə Azərbaycanın mövqeyi və tələbi hamıya aydındır". Bu fikirləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
B.Səfərov bildirib ki, ermənilər Şuşa, Laçın və işğal altında olan digər Azərbaycan torpaqlarının onların yaşayış məskəni olmadığını anlamalıdırlar. Onun sözlərinə görə, bu torpaqlar Azərbaycanın qədim və doğma torpağıdır.
"Orada yaşayan ermənilər ancaq Azərbaycanın icazəsi olandan sonra bu ərazilərdə yaşamağa davam edə bilər. Azərbaycanda azsaylı xalqlar çoxdur və onlar bizimlə bərabər dost və qardaş münasibətləri şəraitində yaşayırlar. Ermənilər bu vəziyyətdən ibrət götürüb səhvlərin başa düşməlidirlər. İstər sülh yolu ilə, istərsə də müharibə yolu ilə işğal altında olan bütün torpaqlar geri qaytarılacaq"- deyə, B.Səfərov vurğulayıb.
yap.org.az