"Rəqəmsal yayımla bağlı dövlət səviyyəsində işlər həyata keçirilir. Bu istiqamətdə müəyyən nailiyyətlər var". Bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadə bildirib ki, artıq texniki cəhətdən şərait yaradılıb və bu ilin axırlarından vətəndaşlarımızın bu xidmətdən istifadəsinin təmin olunması gözlənilir: "Bu fəaliyyət həyata keçirildikdən sonra ölkədə analoq yayımın dayandırılması məsələsinə baxılacaq. Rəqəmsal yayım həyata keçdikdən sonra analoq yayımın dayandırılması gözlənilir. Lakin televiziya kanalları da bu istiqamətdə müəyyən işlər görməlidir. Qiymət məsələsi isə müzakirə predmetidir. Hazırda bununla bağlı müzakirələr gedir, yalnız bundan sonra qiymətlərlə bağlı nəsə demək olar. Hazırda hökumətdə rəqəmsal televiziya yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə pulsuz təminatı məsələsinə də baxılır".
yap.org.az