PDF Oxu

Siyasət

  • 90

Aleksey Labaryov: “Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır”

Aleksey Labaryov: “Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır”

"Rusiyada artıq miqrantlarla bağlı qəti qanunlar tətbiq edilib". Bu haqda SİA-ya eksklüziv açıqlamasında Rusiyanın Hüquq-Mühafizə Orqanlarının Həmkarlar İttifaqı Assosiasiyasının sədri Aleksey Labaryov bildirib.Onun sözlərinə görə, Rusiyanın qapıları bütün qonaqların üzünə açıqdır: "Sadəcə Rusiyada işləyən miqrantlar rəsmi sürətdə qeydiyyatdan keçməlidirlər və vergiləri vaxtında ödəməlidirlər. Ən əsası isə cinayət işləməməlidirlər".Aleksey Labaryov miqrantlara qarşı sərt davranan polislərlə bağlı məsələyə də münasibətini bildirib: "Mən polislərin miqrantlarla kobud və sərt davranmaqlarının əleyhinəyəm. Müəyyən mənada onları qorumağa çalışıram. Bunu öz çıxışlarım zamanı dəfələrlə bildirmişəm ki, miqrantlarla rəftarda polislər öz mədəniyyətini nümayiş etdirir".

sia.az

Digər xəbərlər