PDF Oxu

Siyasət

  • 71

Heydər Əliyev və gənclər siyasəti

Heydər Əliyev və gənclər siyasəti

Bu mövzuda "Firavan həyat-Biləsuvar gəncliyi" devizi altında elmi-praktik konfrans keçirilib

YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev "Heydər Əliyev və gənclər siyasəti" mövzusunda çıxış edərək, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclərin dövlətimizin qayğısı ilə yüksək səviyyədə əhatə olunduğunu bildirdi: "Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına cevrilirlər".

K.Mirzəyev onu da vurğuladı ki, Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək əqli potensiala malik gənclər ordusudur: "Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Ölkə Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır".

Konfransda Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Orucova "Azərbaycanda Gənclər Siyasəti", rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov "Dövlət Gənclər Proqramı (2011-2015-ci illər) ", YAP Biləsuvar rayon təşkilatının idarə heyətinin üzvü Kamil Qurbanlı "Heydər Əliyev və milli-mədəni irsimiz" mövzusunda çıxış edərək gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutduğunu söylədilər. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Sonda Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətilə bağlı fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. Konfransın yekununda rayonun Heydər Əliyev adına Mərkəzi Parkında fəal gənclərin təşəbbüsü ilə fleşmob keçrildi.

R.HÜSEYNOVA

Digər xəbərlər