PDF Oxu

Siyasət

  • 51

Meksikanın nüfuzlu jurnalında Azərbaycan haqqında məqalələr dərc olunub

Meksikanın nüfuzlu jurnalında Azərbaycan haqqında məqalələr dərc olunub

Meksikanın "Mundo Internacional" jurnalının növbəti sayında "Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü, 2003-2013" və "III Bakı Beynəlxalq Humanitar Forumu" başlıqlı iki məqalə dərc olunub."Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü, 2003-2013" adlı məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolu, ümumiyyətlə, iqtisadiyyatın 3.4 dəfə böyüdüyü, qeyri-neft sektorunda təqribən 3 dəfə, sənaye sektorunda 2.8 dəfə, kənd təsərrüfatında 1.5 dəfə, tikinti sənayesində 7 dəfə, nəqliyyat və informasiya texnologiyaları sektorunda 3.2 dəfə artım qeydə alındığı, xarici ticarətin həcminin isə 8.8 dəfə artdığı diqqətə çatdırılıb.Məqalədə, həmçinin Azərbaycanda müxtəlif sosial və iqtisadi sektorlara qoyulan investisiyalardan, informasiya texnologiyalarının inkişafından, infrastrukturun müasirləşdirilməsi üçün Azərbaycan hökumətinin bu sahədə gördüyü mühüm işlərdən, Azərbaycan iqtisadiyyatına yerli və xarici investisiyaların cəlb olunması üçün yaradılmış biznes mühitindən, elm, təhsil, idman, səhiyyə, mədəniyyət sahələrinin sürətli inkişafından, qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasından, onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub."III Bakı Beynəlxalq Humanitar Forumu" başlıqlı məqalədə isə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindən, Prezident İlham Əliyevin forumun açılış mərasimində iştirakı və nitq söyləməsindən, forumda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərinin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və Nobel mükafatı laureatlarının iştirak etdiyindən, iştirakçıların çıxışından, "dəyirmi masa"larda müzakirə mövzularından bəhs olunub.Forumun bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olmasından bəhs olunub.Həmçinin forumun İdarə Heyətinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından bölmələr təqdim olunub.

sia.az

Digər xəbərlər