PDF Oxu

Siyasət

  • 59

“Naftalan” elektrik şəbəkəsində qış mövsümünə hazırlıq işləri yekunlaşıb

“Naftalan” elektrik şəbəkəsində qış mövsümünə hazırlıq işləri yekunlaşıb

Cari ilin son üç ayı ərzində "Naftalan" elektrik şəbəkəsində müvafiq tədbirlər həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 10 kV-lik I "Sanatoriya" və şəhər mərkəzində 0,4 kV-lik elektrik verilişi xətləri və 16 transformator məntəqəsində icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri eyniadlı ərazi vahidlərində enerji daşıyıcıların dayanıqlığını daha da artırıb, iş qabiliyyətini daha da gücləndirib. Həyata keçirilən tədbirlər planı qış fəslinin uğurlu keçməsinin qarantıdır.Mənbədən o da bildirilib ki, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən, TM-lərin ərazisi yanğın törədə biləcək tullantılardan təmizlənib və digər qabaqlayıcı tədbirlər görülüb.Müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilən reydlər zamanı 4 qayda pozuntusu faktı (bunun 3-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar olunub. Nəticədə 16,4 min kilovatsaata yaxın (bunun 13,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilən elektrik enerjisinin 985 manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib və debitor borcun qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.Məlumata əsasən, cari ilin noyabr ayında müəssisə üzrə 1,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 161 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş mütləq 4 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 76 min kilovatsaat artaraq 329 min kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 7 faizə yaxın olub.Qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 459 min kilovatsaatdan çox artaraq 12,1 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 353 min kilovatsaat artaraq 3,2 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 9 faizə yaxın olub.Dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənəvi təmir-bərpa işləri davam etdirilir.

sia.az

Digər xəbərlər