PDF Oxu

Siyasət

  • 80

Rəbiyyət Aslanova: XXI əsrin ikinci onilliyində keyfiyyət baxımından tamamilə fərqli bir mərhələyə daxil olmuşuq

Rəbiyyət Aslanova: XXI əsrin ikinci onilliyində keyfiyyət baxımından tamamilə fərqli bir mərhələyə daxil olmuşuq

"Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması hər kəsi narahat edən, maraqlandıran məsələdir. Bu gün XXI əsrin ikinci onilliyində keyfiyyət baxımından tamamilə fərqli bir mərhələyə daxil olmuşuq. Bu mərhələ gerçək dünyamızdan başqa bir aləmə, virtual aləmə daxil olduğumuz bir zamandır". Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

R.Aslanova bildirib ki, bir neçə onillikdir dünya alimləri yaranmış mövcud olan gerçək məkanlardan fərqli bir məkanın yaranacağını və insanların o məkanda öz varlıqlarını davam etdirəcəyini bildiriblər. Onun sözlərinə görə, bu məkanlar içərisində təhlükəsizlik məkanı, mədəniyyət məkanı, hüquq məkanı, informasiya məkanı var və ən nəhayət, başqa məkan formalaşır - virtual məkan.

"XXI əsrdə, informasiyalı cəmiyyətdə insan hüquqlarından danışarkən ilk növbədə virtual aləmdə olan insan hüquqlarından danışılmalıdır. İnformasiyalı cəmiyyət özü ilə bərabər dördüncü nəsil hüquqları gətirib. Bu hüquqların necə olması və onun gələcəkdə necə gerçəkləşməsi çox önəmlidir. Əqli mülkiyyət hüququ hər bir əqli mülkiyyət sahibinin hüquqlarıdır və bu da qorunmalıdır"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər