PDF Oxu

Siyasət

  • 59

“Böyük Bakının Regional İnkişaf Planı”nın sxemində bir sıra problemlər öz həllini tapacaqdır

“Böyük Bakının Regional İnkişaf Planı”nın sxemində bir sıra problemlər öz həllini tapacaqdır

"Böyük Bakının Regional İnkişaf Planı"nın sxemi artıq tamamlanmışdır. Müvafiq razılaşdırmalar aparılmış, rəylər verilmişdir.

Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri, memar Yusif İbrahimli AzərTAc-a müsahibəsində demişdir.

Bildirilmişdir ki, "Böyük Bakının Regional İnkişaf Planı"nın sxemi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Layihə təsdiq olunduqdan sonra Baş Plan üzərində işlər başlanacaq, maliyyə vəsaiti ayrılacaqdır.

Yeni Baş Plana ehtiyac olduğunu vurğulayan Y. İbrahimli qeyd etmişdir ki, bununla da "Böyük Bakı"nın nəqliyyat, yol, tikinti və s. problemləri öz həllini tapacaqdır.

2030-cu ilədək həyata keçiriləcək layihəyə Bakı şəhərinin rayonları, Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri daxildir.

yap.org.az

Digər xəbərlər