"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həmtəsisçisi və sədri Anar Məmmədli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların dəyərləndirmələri, o cümlədən bəyanatları, açıqlamaları cəmiyyət üçün əhəmiyyətsiz deyil, biz onları dəyərləndiririk, öyrənirik". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.PA rəsmisinin sözlərinə görə, bəyanatlarda səsləndirilən fikirlər təhlil edilir, lakin Azərbaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var: "Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmamışdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb, o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımi açıqlamanı verib və tədqiqat gedir".
sia.az