PDF Oxu

Siyasət

  • 48

Gülağa Aslanlı: “Artıq Rəsul Quliyev adlı adam müxalifətdə yoxdur”

Gülağa Aslanlı: “Artıq Rəsul Quliyev adlı adam müxalifətdə yoxdur”

"Rəsul Quliyev ölənə qədər elə eyni təfəkkürdə də qalacaq. O, hər zaman hadisələrə eyni prizmadan yanaşır". Bu fikirləri SİA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı eks-spiker və Açıq Cəmiyyət Partiyasının keçmiş lideri Rəsul Quliyevin sosial şəbəkədə ənənəvi müxalifətçiləri yenidən tənqid hədəfinə götrməsinə münasibət bildirərkən deyib. Müsavat rəsmisi eyni zamanda qeyd edib ki, artıq müxalifətdə Rəsul Quliyev adlı fərd yoxdur: "Onun bundan sonra müxalifət haqqında nə isə deməsi isə bizim üçün önəmsizdir". Qeyd edək ki, Rəsul Quliyev bu gün "facebook" səhifəsində ənənəvi müxalifət düşərgəsində təmsil olunanları sərt çəkildə tənqid edib və bildirib ki, müxalifətçilər ölənə qədər elə müxalifətdə qalmaq istəyirlər".

sia.az

Digər xəbərlər