PDF Oxu

Siyasət

  • 49

Əhməd Oruc: “Partiya yaranacağı təqdirdə belə onun hansısa uğur qazanacağına inanmıram”

Əhməd Oruc: “Partiya yaranacağı təqdirdə belə onun hansısa uğur qazanacağına inanmıram”

Eks-spiker Rəsul Quliyevin özünə yaxın tərəfdarları ilə yeni siyasi partiya yaratmaq təşəbbüsü düşərgə daxilində birmənalı və inandırıcı qarşılanmır.

Məsələ ilə bağlı SİA-ya münasibət bildirən Azadlıq Partiyasının sədri Əhməd Oruc qeyd etdi ki, eks-spiker Rəsul Quliyev son vaxtlar özünü ideyaverici şəxs kimi aparır: "Rəsul Quliyev seçkidən öncə 30 min nəfərlik aksiya keçirməyi təklif etdi. Lakin bu baş vermədi. Sonra müxalifət partiyalarını ACP ətrafında birləşməyə çağırdı. Bu da alınmadı. Sonra isə Azərbaycanın xilasının yolunu Milli Şura və onun keçmiş sədri Rüstəm İbrahimbəyovda gördü. Ancaq bir müddət keçdikdən sonra isə Rüstəm İbrahimbəyovu ələ salmağa başladı".

İndi də bildirilir ki, "Yeni Arzu" adlı partiya yaratmaq istəyirlər: "Bu partiya yaranacağı təqdirdə belə onun hansısa uğur qazanacağına inanmıram və qeyri-ciddi hesab edirəm".

sia.az

Digər xəbərlər