PDF Oxu

Siyasət

  • 82

Son iclasda dünya azərbaycanlılarına ünvanlanan müraciət qəbul ediləcək

Son iclasda dünya azərbaycanlılarına ünvanlanan müraciət qəbul ediləcək

"Bildiyiniz kimi, dekabrın 27-də Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. Həmin gün 29 məsələ müzakirə olunacaq. Bununla yanaşı, hər ilin sonu 31 dekabr- Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Milli Məclis müraciət qəbul edir. Sessiyanın son iclasında da həmin müraciət qəbul ediləcək". Bu fikirləri SİA-ya açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib.Onun sözlərinə görə, sonuncu iclasdan sonra millət vəkillərinin tətili başlayır: "Növbəti il üçün komitələrin iclası isə yanvarın 15-dən başlayır. Yaz sessiyasının ilk iclası isə fevralın 1-də baş tutacaq".Milli Məclisin bütün iclaslarını işıqlandırmaq üçün mətbuat nümayəndələrinin akkreditasiyası məsələsinə toxunan A. Təvəkküloğlu qeyd edib ki, bu proses hər zaman olduğu kimi, yanvarın 15-nə kimi tamamlanmalıdır: "Yəni, o zamana kimi bütün mətbuat orqanları rəsmi şəkildə öz məktublarını Milli Məclisə göndərməlidir".

sia.az

Digər xəbərlər