Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstəsi qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Dağıstan Prezidenti Ramazan Abdulatipov tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoymuşdur.
AzərTAc