PDF Oxu

Siyasət

  • 72

Ağacan Abiyev: İdmanımız yüksələn xətlə ildən-ilə inkişaf edir və uğurlu nəticələr göstərir

Ağacan Abiyev: İdmanımız yüksələn xətlə ildən-ilə inkişaf edir və uğurlu nəticələr göstərir

"Ölkəmizin bütün idman ictimaiyyəti Prezident İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirir. Məhz dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idman hərəkatına göstərdiyi dəstəyin nəticəsidir ki, idmanımız bu məqama qədər yüksəlib". Bu fikirləri Dövlət Bədən tərbiyəsi və idman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, idmanımız yüksələn xətlə ildən-ilə inkişaf edir və uğurlu nəticələr göstərir. Onun sözlərinə görə, idmançılarımızın keçirilən beynəlxalq yarışlarda, təkcə Avropa və dünya çempionatlarında qazandıqları medalların sayı ildən ilə artır.

"İdman növlərinin artması, gənclərin idmana axını hələ Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zamandan başlayıb. Paytaxt Bakı ilə yanaşı Azərbaycanın bütün regionlarında 45 olimpiya kompleksi tikilib idmançıların istifadəsinə verilib. Beş olimpiya kompleksi isə tikilməkdədir. Bu idman komleksləri də gənclərimizə idmanla məşğul olmağa köməklik göstərir. Dünya miqyasında sahəsinə görə kiçik bir ölkənin bu qədər Olimpiya Kompleksi varsa, bu da Azərbaycanın idman ölkəsi olmasının ən bariz nümunəsidir. Cənab İlham Əliyev hər zaman öz çıxışlarında da qeyd edib ki, bizim istəyimiz idmançılarımızın beynəlxalq yarışlarda qələbə qazanaraq medallar əldə etmələri ilə yanaşı sağlam böyümələridir"- deyə, A.Abiyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər