PDF Oxu

Siyasət

  • 60

Ramiz Mehdiyev: "İlham Əliyevin həyata keçirdiyi siyasət dünyada diqqətlə izlənilir"

Ramiz Mehdiyev: "İlham Əliyevin həyata keçirdiyi siyasət dünyada diqqətlə izlənilir"

"Azərbaycana qısa müddətdə inanılmaz nailiyyətlər qazandıran Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünyada diqqətlə izlənilir. Artıq xarici mətbuatda tez-tez inkişafın Azərbaycan modeli kimi ifadələrlə rastlaşırıq". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "ŞƏXSİYYƏTLƏR" (LİÇNOSTİ) jurnalının xüsusi buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı deyib.PA rəsmisinin sözlərinə görə, ölkə modernləşmənin təkcə Qərb modelini deyil, eləcə də Şərq modelini əlində rəhbər tutub: "Azərbaycan Pezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə xaricində də diqqətlə izlənilir. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan böyük uğurlara imza atıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan inkişaf modeli bu gün dünyada diqqətlə öyrənilir. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də kosmik ölkədir. Azərbaycanda bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilir".

sia.az

Digər xəbərlər