"Əli Kərimlinin, İsa Qəmbərin heç bir şeyə yaramadığı göz qabağındadır. Ətraflarındakı insanlar da vaxtaşırı onları tərk edir. Əvvəla, Milli Şura milli mənafeyə yox, bu adamların ambisiyalarına xidmət edir. Digər tərəfdən, uzun illərdir heç bir uğur qazanmayan siyasətçinin yanında heç kim özünü qocaltmaq istəmir. Ona görə də, Milli Şurada baş verən istefalar bundan sonra da davam edəcək".
Rüstəm İbrahimbəyov və Eldəniz Quliyevin Milli Şuradan istefa verməsinə münasibət bildirən "EL" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov bu fikirləri SİA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, vaxtilə Xalid Əlimirzəyevi satan, ziyalılara qarşı min cür oyunlar oynayıb onların həyatını məhv edən E.Quliyevin istefa verməsi təbiidir: "Çünki bu adamın xisləti belədir ki, yerini tez-tez dəyişsin. Ona görə ki, harda daha çox pul verirlərsə, ora qaçır. E.Quliyev 2003-cü ildə Lalə Şövkətin yanında idi. Ancaq sonradan onu da satıb getdi, bunun ardınca ziyalılar hərəkatında təmsil olunan öz dostlarını satdı, sonra qaçıb Eldar Namazovun yanına gəldi. İndi E.Namazov özü pis vəziyyətdədir. Bir neçə ay əvvəl E.Namazovu da İ.Qəmbərə, Ə.Kərimliyə satmışdı. R.İbrahimbəyov və E.Quliyev ona görə istefa verdi ki, bu adamlar ona verdiyi sözü tuta bilmədilər. İndi özünüz düşünün, məni vaxtaşırı mətbuatda satqın adlandıran E.Quliyevin əslində özü satqın deyilmi? Necə olur ki, ətrafındakı ziyalılar əzab çəkir, amma özü cah-cəlal içindədir".
sia.az