PDF Oxu

Siyasət

  • 68

Fəttah Heydərov: “Prezident İlham Əliyev dünyada sevilən şəxsiyyətdir”

Fəttah Heydərov: “Prezident İlham Əliyev dünyada sevilən şəxsiyyətdir”

"Cənab Prezident İlham Əliyev 10 illik fəaliyyəti dövründə Azərbaycanın dövlət quruculuğu sahəsindəki müstəqil dövlətçiliyinin idarə olunmasında, eyni zamanda beynəlxalq aləmdə bəşəriyyəti düşündürən ümumbəşəri məsələlərin həllində və onların çözülməsində öz dəyərli fikirləri ilə fərqlənən insan kimi görünür". Bunu SİA-ya millət vəkili Fəttah Heydərov Bakıda cənab Prezident İlham Əliyevə həsr olunmuş "ŞƏXSİYYƏTLƏR" (LİÇNOSTİ) jurnalının xüsusi buraxılışına münasibət bildirərkən deyib."Həqiqətən də bu gün dünyanın sülhə, əmin-amanlığa, inkişafa, insanların maddi rifah halının yaxşılaşmasına yönələn siyasətə çox böyük ehtiyacı var. İqtisadi və bir çox ölkələrdə siyasi böhranın hökm sürdüyü dövrdə post-Sovet məkanında öncül yerlərdən birini tutmaq ölkəsinin, dünyanın ən sülhsevər, qonaqpərvər, inkişaf edən və tolerantlıq dərəcəsinə görə fərqlənən ölkəyə çevrilməsində cənab Prezident İlham Əliyevin rolu əvəzedilməzdir. Bu gün bizim hər birimiz fəxrlə qeyd edirik ki, Prezident İlham Əliyev dünyada görünən və sevilən şəxsiyyətdir" – deyə, F.Heydərov sözlərinə əlavə edib.

sia.az

Digər xəbərlər