"Biz hamımız Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapacağı ümidilə yaşayırıq". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında millət vəkili Mixail Zabelin bildirb.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişənin həlli o qədər də asan məsələ deyil: "Çox zaman düşünürlər ki, əgər Rusiya və ya Putin istəsə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Təəsüflər olsun ki, bu belə deyil. Rusiyada bu problemin həll olunmasına aqressiya ilə yanaşılmır. Düzdür hamısına bunu şamil etmək olmaz. Amma çox hissəsi bu problemin həllini istəyir".Millət vəkilinin fikrincə, Ermənistanda bir çox koalisiya və partiya liderləri var ki, onlar Dağlıq Qarabağ probleminin həll olunmasına mane olurlar: "Misal üçün münaqişənin həll olunmasına dair müqaviləni imzalamağa praktiki olaraq hazır olan əvvəlki prezidenti istefa etməyə məcbur etdilər. Çünki Ermənistanda hər şey terrorizm üzərində qurulub. Ona görə də, bu problem çətinliklə öz həllini tapacaq. Təkrar edirəm, bir çoxları düşünür ki, Rusiya "yumruğunu stola vurarsa", Ermənistan prezidenti sülh müqaviləsini imzalayacaq. Bu heç də belə deyil. Azərbaycanın dövlət başçısı çox möhkəm mövqedə yer alıb və öz tələblərini irəli sürüb. Düşünürəm ki, yalnız bu cür hərəkət etməklə münaqişəni həll etmək mümkündür. İlk mərhələdə hesab edirəm ki, Qarabağ ətrafı rayonların azad edilməsi reallaşacaq. Bundan sonra nə olacağını isə indidən proqnozlaşdırmaq çətindir".
sia.az