"Mən həmişə demişəm ki, Milli Şura "ölü doğulmuş uşaqdır". Milli Şuradakılar ora kabab iyinə gəlmişdilər, gəlib gördülər ki, heç nə yoxdur və indi də istefa verib bir-bir gedirlər". Milli Şuradakı istefalara münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.
Milli Şuranın Qərbdən gələn ideya olduğunu deyən partiya sədri onu da əlavə edib ki, Rüstəm İbrahimbəyov bu ideyanı həyata keçirə bilmədi: "Məsələ bundadır ki, hələ Azərbaycan Xalq Cəbhəsi Partiyası yarananda İsa Qəmbərə "lisa, lisa" deyilirdi, yəni tülkü. İ.Qəmbər həmişə səhnə arxasında kompromatlar hazırlamaqla məşğul olub, o, tarixdə də bu cür qalacaq. O, Milli Şuraya gəlib hər şeyə sahib olmaq istədi. Vaxtilə xalq cəbhəsi yarananda da orada Leyla Yunus, Tofiq Qasımov var idi. Başlarında da Zərdüşt Əlizadə dururdu. Amma onu da səhnə arxasından sıxışdırıb çıxardılar. Odur ki, Milli Şura ətrafında baş verən bütün proseslər gözlənilən idi".
sia.az