"İnanıram ki, cənab Prezident İlham Əliyev hələ uzun illər Azərbaycana rəhbərlik edəcək və hər il də dünyanın ən reytinqli qurumlarının seçimləri dövlət başçımıza istinad edəcək"
"Bunlar ilk növbədə onun göstəricisidir ki, cənab Prezident İlham Əliyevin fəaliyyəti nəinki bir, heç silsilə kitablara sığan fəaliyyət deyil. Biz bunun nəticəsini konkret olaraq əməli işdə hər il görürük". Bunu SİA-ya millət vəkili Bəxtiyar Sadıqov cənab Prezident İlham Əliyevə həsr olunmuş "ŞƏXSİYYƏTLƏR" (LİÇNOSTİ) jurnalının xüsusi buraxılışına münasibət bildirərkən deyib."Sevindirici haldır ki, hətta bunu bütün dünya (jurnalistlər, informasiya agentlikləri və s.) və dünya dövlətlərinin inkişafı ilə maraqlanan ayrı-ayrı qurumlar görür və qiymətləndirir. Son 10 il ərzində Azərbaycan dövləti elə bir nailiyyətlərə, möhtəşəm qələbələrə imza atıb ki, bunun hər ili, 10 ilə bərabərdir. Yəni ölkəmiz bütövlükdə SSRİ dövründə nail ola bilmədiklərinə son 10 il ərzində nail olub. Azərbaycan bütün sahələrdə (iqtisadiyyat, siyasət, mədəniyyət, idman və s.) uğurlara imza atıb. Hazırda Azərbaycanın Dövlət büdcəsi milyard yarımdan 25 milyard dollara çatıb. Eləcə də ölkəmiz BMT TŞ-nın qeyri-daimi üzvü olub və s. Sevindirici haldır ki, biz Azərbaycanda bunun əyani şahidiyik. İnanıram ki, cənab Prezident İlham Əliyev hələ uzun illər Azərbaycana rəhbərlik edəcək və hər il də dünyanın ən reytinqli qurumlarının seçimləri dövlət başçımıza istinad edəcək" - deyə, millət vəkili sözlərinə əlavə edib.
sia.az