PDF Oxu

Siyasət

  • 72

Bahar Muradova: ATƏT-in Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəticələrə əsasən qiymətləndirilməlidir

Bahar Muradova: ATƏT-in Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində nəticələrə əsasən qiymətləndirilməlidir

"ATƏT-in Minsk qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılmış addım hesab edilən nəticələrə əsasən qiymətləndirilməlidir. Ümumilikdə yanaşdıqda, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il ərzində bölgəyə çoxsaylı səfərlər edib, görüşlər təşkil edib, işğal altındakı ərazilərin monitorinqini aparıblar, atəşkəs rejiminə necə əməl edilməsi ilə bağlı hesabatlarını təqdim ediblər. Bu baxımdan yanaşanda ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir". Bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır. Çünki 20 ildir ki, münaqişənin həllində vasitəçilər heç bir nəticə əldə edə bilməyib. Onun fikrincə, danışıqların prezidentlər arasında davam etdirilməsi müsbətdir.

"Minsk qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır və Ermənistana da kifayət qədər ciddi təsir imkanları olan ölkələrdir. Həmsədr ölkələrin hazırkı format çərçivəsində fəaliyyətlərini genişləndirməsi və real nəticəyə nail olmaq istəklərini ortaya qoymalarını gözləmək, bu işi stimullaşdırmaq lazımdır. Bu ölkələrin dəyişdirilməsi, Minsk qrupunun həmsədrliyinə digər ölkələrin daxil edilməsi barədə təkliflər prosesi yenidən sıfır nöqtəsinə qaytaracaq"- deyə, vitse-spiker vurğulayıb.

yap.org.az

Digər xəbərlər