PDF Oxu

Siyasət

  • 55

Əbülfəz Qurbanlı: “Vaxtilə Şahvələd Çobanoğlunu da İctimai Palatadan “qəzeti olmayan redaktor” deyib uzaqlaşdırıblar”

Əbülfəz Qurbanlı: “Vaxtilə Şahvələd Çobanoğlunu da İctimai Palatadan “qəzeti olmayan redaktor” deyib uzaqlaşdırıblar”

AXCP-Müsavat Partiyaları arasında davam edən ziddiyyət sosial şəbəkələrdə qızğın müzakirə obyektinə çevrilib. SİA-nın məlumatına görə, bu dəfə Əli Kərimlinin yeni seçilmiş müavini Əbülfəz Qurbanlı Mustafa Hacıbəylinin paylaşdığı fikirlərə sərt şəkildə münasibət bildirib: "Mustafa Hacıbəyli yazır ki, Əli Kərimlinin fəxri sədri getdi. Vaxtilə Şahvələd Çobanoğlunu da İctimai Palatadan "qəzeti olmayan redaktor" deyib uzaqlaşdırdımışlar. İndi fəxri sədr Rüstəm İbrahimbəyov istefa verdi ki, Müsavat Demokratik Qüvvələrin Milli Şurasından getməsin. Hamı – Elçibəydən Əli Kərimliyə, Rüstəm İbrahimbəyovdan Cəmil Həsənliyə qədər birliyi qorumaq üçün güzəştə gedir. Ümid edirəm ki, İsa Qəmbər və müsavatçılar birlik məsələsində hamı ilə bir olacaq".

sia.az

Digər xəbərlər