PDF Oxu

Siyasət

  • 42

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın Niderlanddakı səfirliyində qeyd olunmuşdur

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın Niderlanddakı səfirliyində qeyd olunmuşdur

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, səfir Mir-Həmzə Əfəndiyev çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən, Prezident İlham Əliyevin bu əlamətdar günə verdiyi önəmdən, müxtəlif vaxtlarda Dünya Azərbaycanlılarının qurultaylarının, forumlarının təşkil olunmasından, Azərbaycanda gedən sürətli inkişafdan, ölkəmizin get-gedə artan beynəlxalq nüfuzundan, eləcə də diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.

Cari ildə Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin uğurla davam etdiyini bildirən səfir ilk dəfə olaraq 2013-cü il dekabrın 2-də təşkil olunan" Dünya Azərbaycanlılarının Onlayn Forumu"nda Prezident İlham Əliyevlə görüşdə ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə və digər ölkələrlə yanaşı, Niderlandda da fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Diaspor təşkilatlarımızın Xocalı soyqırımının ildönümü ilə əlaqədar Haaqadakı Xocalı Qurbanları abidəsini ziyarəti, Beynəlxalq Ədalət Məhkəməsinin binası qarşısından Ermənistanın Niderlanddakı səfirliyinə qədər yürüşü, Niderland parlamentinin binasında Qafqaz regionunda təhlükəsizlik mövzusunda konfransı, müxtəlif gənclər təşkilatları tərəfindən universitetlərdə keçirilmiş tədbirlər xüsusi vurğulanmışdır.

Səfir hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü söyləmiş, 2013-cü ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinin ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun təntənəsi və xalqımızın bu kursa inamını, cəmiyyətimizin siyasi yetkinliyini və mütəşəkkilliyini bir daha nümayiş etdirdiyini bildirmişdir.

Niderland parlamenti ilə əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açan M. Əfəndiyev bu ölkədə yaşayan həmvətənlərimizin seçicisi olduqları deputatlar ilə müvafiq iş aparmalarının əhəmiyyətini diqqətə çatdırmışdır.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətni çatdırılmışdır.

Tədbirdə səfirlik tərəfindən geniş ziyafət verilmiş, Niderlanddakı diaspor təşkilatlarının musiqi qrupları konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Kültür Dərnəyi, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər yerli diaspor təşkilatlarının təmsilçiləri, o cümlədən səfirliyin əməkdaşları iştirak etmişlər.

AzərTAc

Digər xəbərlər