PDF Oxu

Siyasət

  • 65

"Beynəlxalq ərəb dili günü"nə həsr olunmuş tədbir keçirilib

"Beynəlxalq ərəb dili günü"nə həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) "Beynəlxalq ərəb dili günü"nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş 11 fövqəladə və səlahiyyətli səfiri iştirak edib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin və "Əl Vətən Əl Ərəbiyyə" ərəb milli himninin səslənməsi ilə başlayıb.Daha sonra Universitetin rektoru Səməd Seyidov çıxış edərək ərəbşünasları, bütün ərəb dünyasını səmimi qəlbdən təbrik edib: "Bizim Azərbaycanın bu gün ərəb dünyasındakı mövqeyi, ölkəmizin ərəb dünyası ilə birgə apardığı işlər hər iki ölkəni bir-birinə sıx bağlayır. Azərbaycanın ABŞ, Avropa, Çin və s. ilə çox yüksək əməkdaşlığı mövcuddur. Ölkəmiz milli, dini, mədəni əlaqələrin inkişafına daim diqqət göstərir".Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim deyib ki, Azərbaycanın muğamı, mədəniyyəti, mətbəxi ərəb ölkələrinə daha çox yaxındır: "Orta əsrlərdə ərəb dili beynəlmiləl dil olub. Ərəb alimləri hərəsi öz dilində öz mədəniyyətlərini Avropaya çatdırıblar. Ərəb səfirlikləri adından qardaş ölkədə, ADU-da keçirilən bu tədbirin təşkilinə görə minnətdarlığımı bildirirəm".Sonra ərəb dünyası haqqında videoçarx, ərəb dili haqqında məlumatları özündə əks etdirən slayd nümayiş olunub. Eləcə də ərəb dili haqqında şer, mahnılar da ifa olunub. Tədbir iştirakçıları İraq və Fələstinin rəqs qruplarının çıxışlarını da izləyiblər. Sonda tədbir iştirakçıları Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin ADU -da təşkil etdikləri ərəb ölkələri sərgisinə baxış keçiriblər. Bununla belə qonaqlar ADU -da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.Qeyd edək ki, ADU-da 20-ə yaxın dil mərkəzi var.

sia.az

Digər xəbərlər