"Mehriban xanımın dəstəyi ilə Pakistanda həyata keçirilən nəhəng və davamlı layihələr Azərbaycanın qardaşlıq münasibətlərinə sadiqliyinin uğurlu, məntiqi göstəricisidir"
"Mehiban xanım Əliyevanın Pakistanın "Şəhid Bənazir Bhuttonun Qadın Mükəmməlliyi Mükafatı-2013" nominasiyasına layiq görülməsini Onun dünyada yuksək nüfuza sahib olması ilə əlaqələndirərdim". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Mehriban xanım Əliyevanın Pakistanın nüfuzlu mükafatı ilə təltif olunmasına münasibət bildirən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.Səfir vurğulayıb ki, ölkəmizin birinci xanımının həyata keçirdiyi layihələr, iki xalq və hökumət arasındakı qardaşlıq munasibətlərini daha da möhkəmləndirir: "Son bir ildə Mehriban xanıma ikinci mükafatın verilməsi, Pakistan mətbuatında Onun həyata keçirdiyi layihələrlə bağlı onlarla məqalələrin dərc edilməsi Azərbaycan xalqına və dövlətinə qarşı diqqətin göstəricisidir. Azərbaycanın çətin günlərində Pakistan dövləti hər zaman xalqımızın yanında olub, Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəkləyib. Torpaqlarımızı isğal etdiyi üçün təcavüzkar Ermənistanı müstəqil dövlət kimi tanımayib, 1996-cı ildə Azərbaycana 1 miyon dollar həcmində yardım gostərib və ən əsası, Xocalı facisəsini soyqırımı kimi rəsmən tanıyıb. Bu gün Mehriban xanımın dəstəyi ilə Pakistanda həyata keçirilən nəhəng və davamlı layihələr Azərbaycanın qardaşlıq münasibətlərinə sadiqliyinin uğurlu, məntiqi göstəricisidir".
sia.az