PDF Oxu

Siyasət

  • 38

Eldar İbrhahimov: “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ətraf mühitin, ekologiyanın mühafizəsinə ciddi dəstək verəcək

Eldar İbrhahimov: “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ətraf mühitin, ekologiyanın mühafizəsinə ciddi dəstək verəcək

"Milli Məclisin qəbul etdiyi "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi ətraf mühitin, ekologiyanın mühafizəsinə ciddi dəstək verəcək". Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son illər ictimai həyatın bütün sahələrində olduğu kimi ekologiya və ətraf mühitin qorunması, bərpası və mühafizəsi sahəsində də çoxşaxəli tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, xüsusilə ölkənin maddi və iqtisadi resurslarının artması illərdən bəri yığılıb qalmış ekoloji problemlərin aradan qaldırılması və böyük ekoloji layihələrin, proqramların həyata keçirilməsi üçün zəmin yaradıb.

"Azərbaycan Respublikası ekologiya və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində 20 Beynəlxalq Konvensiyaya qoşulub, Azərbaycan Prezidentinin sərancamları ilə ölkədəçoxsaylı Milli və Dövlət Proqramları, beynəlxalq və ölkədaxili ekoloji layihələr həyata keçirilir. Yalnız son 5 ildə ekologiya və ətraf mühitin mühafizəsinə 268 milyon manat investisiya qoyulub, qeyri meşə fonduna aid 3300 hektar sahədə yaşıllaşdırma işləri aparılıb, 3milyon 400 min ağac əkilib. Onu da bilirsiniz ki, yaşıllıqların əhəmiyyətli hissəsini təşkil edən meşələrin qorunması, bərpası və bu sahədə yaranan digər münasibətlər Azərbaycan Respublikasının Meşə Məcəlləsi və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. Lakin elə yaşıllıqlar da mövcuddur ki, meşə fonduna daxil deyildir və bu sahəyə münasibət onlara tətbiq edilmir. Amma bu yaşıllıqların cəmiyyətin həyatında əhəmiyyəti heç də meşələrdən az deyildir. Bu yaşıllıqlara əsasən şəhərlərdə, qəsəbələrdə və digər yaşayış məntəqələrində küçələrdə, parklarda, bağlarda olan ağac-kol bitkiləri, dəmir və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar aid edilir. Ona görə də, bu sahədə qanunvericilikdə mövcud olan boşluqların aradan "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsi Azərbaycan Respublikasında vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların mühafizəsi, bərpası və artırılması ilə əlaqədar yaranan münasibətləri tənzimləmək məqsədini daşıyır"- deyə, komitə sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər